Menu
  • 17-07-2018
      • Bakı 29+34

  • 17-07-2018
    • $ 1.7
      1.9874

1   2   3   4   5   6

SİYASƏT

Jurnalistlər görüləcək işlərdən DANIŞDILAR

10-01-2018 [ 15:31 ] [ oxunub:284 ]
A+ | A-

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı prezidentin bu sərəncamını yüksək qiymətləndirdiyini bildirib:

“Hesab edirəm ki, xalqın istəyini özündə birləşdirən və ehtiva edən bir sərəncamdır. Müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu varislik müstəqil Azərbaycan dövlətinin üzərinə çox missiya qoyur. Buna görə də tarixi ənənələri yaşatmaq, tariximizə nəzər salmaq üçün prezidentin verdiyi sərəncanım xüsusi əhəmiyyəti var. Bu sahədə  ciddi addımların atılmasına ehtiyac var. AXC dönəmində müxtəlif istiqamətlərdə aparılan  tədqiqat işlərinə yenidən baxılmalıdır. Bununla bağlı filmlərin çəkilişinə başlanılmalıdır. Filmi bu müddət ərzində ortaya qoya, müxtəlif dillərdə onun versiyalarının Avropa ölkələrində təqdimatını keçirə bilərik. Hansı ki həmin Avropa ölkələri Azərbaycanın istiqlalını  1920-ci ilin yanvarın 14-də tanımışdı”

Akif Aşırlı qeyd edir ki, AXC unikal dövlətçilik tarixinə malikdir.

“İlk dəfə olaraq AXC-də  mətbuat nizamnaməsiqəbul olunub. Bu nizamnamədə mətbuat azadlığı, söz azadlığı ehtiva olunub. Eyni zamanda AXC-də parlament fəaliyyəti tətbiq olunub, sadəcə onu dünyaya olduğu kimi təqdim edə bilməmişik. Cumhuriyyətimizin parlamenti müxtəlif  siyasi partiyalardan ibarət olub. Türkiyədə, Avropa ölkələrində hətta Amerikanın özündə belə AXC-nin varisləri yaşayırlar. Onlarla əlaqələr qurulmalıdır. Varislər Azərbaycana dəvət olunmalıdır. Bu sahədə ciddi addımların atılmasına, koalisiya mərkəzinin yaradılmasına da ehtiyac var”

Akif Aşırlı deyib ki, AXC mətbuatınınn təbliği məsələsinə yenidən baxılmalıdır.

“Cumhuriyyət dönəmində 200-dən artıq gürcücə, fransızca, polyakca, ermənicə, rusca qəzetlər nəşr olunub. Biz onların sadəcə adlarını bilirik. AXC ilə bağlı ən böyük tədbirlərdən biri İstanbulda, Tiflisdə keçirilməlidir. Çünki AXC  məhz Tiflisdə elan olunub. Azərbaycan Xalqa Cumhuriyyətinin mövcudluğunda onun siyasi, hərbi qərarları, gərgin mübarizəsi İstanbulda olub. Sonrakı dönəmlərdə biz tədbirləri Avropada keçirə bilərik.

Cənab Prezidentə təşəkür edirəm. Hesab edirəm ki, Qafqaz İslam Ordusuyla bağlı ciddi tətqiqatların aparılmasına və bununla bağlı ümumi bir heykəlin yaradılmasına ehtiyac var. Nuru paşa , Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov, Xəlil, Ənvər Paşanın ümumui abidələri qoyulmalıdır. Qafqaz İslam Ordusu olmasaydı AXC-nin müstəqilliyi sözdə olardı,  əraziləri 114 min kvadrat kilometr olmazdı. Bu tədbirlərdə ziyalılar fəal iştirak etməlidir. Media bu işdə fəal olmalıdır”.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı deyib ki, 2018-ci ilin Azərbaycan Xalq Cumhuriyyəti ili elan edilməsi onları çox sevindirib.

“Buna görə cənab Prezident İlham Əliyevə təşəkkür edirik. Bu addımı ilə Prezident tariximizə sahib çıxdı. Bu, həm də Azərbaycan Cümhuriyyətini mənimsəmək istəyənlərə tutarlı cavab oldu. Rəsulzadə də, AXC də Azərbaycana məxsusdur.    

Düşünürəm ki, AXC-nin 100 illiyi ilə bağlı dünya səviyyəsində möhtəşəm və silsilə tədbirlər keçiriləcək. Bu həm Şərqdə ilk müsəlman və demokratik dövlətin azərbaycanlılara məxsus olduğunun təbliği, həm də çağdaş Azərbaycanın təbliği deməkdir. 

Bununla bağlı Parlament Jurnalistlər Birliyi Gürcüstanda, Azərbaycanda, Türkiyədə, həm də Avropa ölkələrində böyük tədbirlər həyata keçirəcək. Biz eyni zamanda jurnalistlər arasında müsabiqə elan etmişik.

2018-ci ilin sonunda jurnalistlərin yazısı kitab halında işıq üzü görəcək. Düşünürəm ki, 2018-ci ildə tutduğu vəzifəsindən, çalışdığı sahədən, statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaş və dünyada yaşayan hər bir azərbaycanlı özünü AXC-nin yüz illiyinə hazırlamalı, özünü AXC-nin təmsilçisi kimi görməli və bu istiqamətdə ciddi işlər həyata keçirməlidir”.

Altı aydan çoxdur hər gün Modern.az saytında "AXC-100"lə bağlı yazılar dərc edildiyini deyən E.Eyvazlı onu da bildirib ki, 2018-də bu istiqamətdə işləri davam etdirəcəklər.