02 yanvar 2018 22:12
1329

ATƏT sədri Qarabağ münaqişəsinə dair söz verdi

"İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcək".

"Report" xəbər verir ki, bunu yanvarın 1-dən təşkilata sədrlik etməyə başlayan İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində 3 həmsədr ölkə-ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər: "İtaliya bir sıra mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün "5 2" formatı mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupuçərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik".