28 sentyabr 2017 17:30
2188

Qrant müsabiqəsinə təqdim olunmuş 120 layihə maliyyələşdiriləcək

Sentyabrın 28-də Təhsil Nazirliyində təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev müsabiqənin dövlət ümumi təhsil müəssisələri və bu qurumlarda çalışan pedaqoji işçilər üçün elan edildiyini xatırladıb. Bildirilib ki, müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub. Təşkilat Komitəsi ekspert qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsini məqsədəuyğun hesab edib. Barələrində müsbət qərar qəbul olunmuş 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.