27 sentyabr 2017 21:44
483

Çin dünyanın ən böyük meqapolisini yaradacaq

Çin 9 iri şəhərini birləşdirməklə dünyanın nəhəng meqapolisini yaratmaq niyyətindədir. Sözügedən meqapolisə Quançjou, Donguan,

Caoçin, Cianmin, Şenzen, Cuxay, Xuicou, Foşan və Conqşan şəhərləri daxildir.

AZƏRTAC İnfuture.ru saytına istinadla bildirir ki, yeni meqapolisdə ölkənin ən böyük istehsal mərkəzləri cəmləşəcək ki, bu da Çin iqtisadiyyatının təqribən 10 faizini təşkil edəcək.

Yaxın 6 il ərzində bu ərazidə 150 infrastruktur layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Layihənin ümumi dəyəri 303 milyard dollardır.