27 sentyabr 2017 17:05
410

75 mindən çox insan təxliyə edilib

İndoneziyanın Aqunq vulkanının ətrafındakı rayonlardan 75 mindən çox insan təxliyə edilib

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, İndoneziyanın Bali adasındakı Aqunq vulkanının ətrafındakı rayonların 75 mindən çox sakini vulkanın püskürməsi təhlükəsi ilə əlaqədar həmin ərazidən təxliyə olunub.

Yerli hakimiyyət orqanları ötən cümə günü Aqunq dağındakı vulkanın püskürməsinin mümkünlüyünü ən yüksək dördüncü dərəcə həddinədək qaldırıb. Vulkanın ətrafında, onun kraterindən 9-12 kilometr radius məsafədə qadağa səddi qoyulub.

Ərazidə yeraltı təkanların qeydə alındığı bildirilir. Bundan əlavə, burada su buxarları da müşahidə edilib və onların maqma tərəfindən qızdırılan yeraltı sulardan ayrıldığı güman olunur.

1963-cü ildə Aqunq vulkanının püskürməsi mindən çox insanın həlak olmasına səbəb olub.