27 sentyabr 2017 16:18
437

Rusiya Elmlər Akademiyasına yeni prezident seçilib

Fizika-riyaziyyat elmləri doktoru, akademik Aleksandr Sergeyev Rusiya Elmlər Akademiyasının (REA) yeni prezidenti seçilib.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, A.Sergeyev REA-da keçirilən səsverməyə əsasən qurumun rəhbəri seçilib.

Qeyd edək ki, 1955-ci ildə anadan olmuş A.Sergeyev N.Lobaşevski adına Qorki Dövlət Universitetini radiofizika ixtisası üzrə təhsil alıb. O, 2015-ci ildən Tətbiqi Fizika İnstitutuna, 2016-cı ildən isə Rusiya Federal Tədqiqat Mərkəzinə rəhbərlik edir. A.Sergeyev plazma fizikası və biofotonika, lazer fizikası, femtosaniyə optikası sahəsində Rusiyanın görkəmli alimlərindən biridir.