27 sentyabr 2017 14:00
639

İsveçdə zirehli transportyor qatar ilə toqquşub

İsveçdə hərbi təlimlərdə iştirak edən zirehli transportyor qatar ilə toqquşub

İsveçin paytaxtı Stokholmun cənubunda içində dörd nəfərin olduğu zirehli transportyor qatar ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, "Aurora-2017" hərbi təlimlərində iştirak edən İsveç Silahlı Qüvvələrinə məxsus zirehli transportyorda olan üç hərbiçi və qatarda olan bir nəfər yüngül xəsarətlər alıblar.