26 sentyabr 2017 19:07
440

Azərbaycan nümayəndə heyəti Pekində

Azərbaycan nümayəndə heyəti İnterpolun Baş Assambleyasının sessiyasında iştirak edir

Pekində Beynəlxalq Kriminal Polis Təşkilatının (İnterpol) Baş Assambleyasının 86-cı sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Ümumilikdə 158 ölkə təmsilçilərinin qatıldıqları sessiyanın rəsmi açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin dünyada cinayətkarlığa qarşı mübarizədə və təhlükəsizlik sahəsində əməkdaşlıqda İnterpolun vacib rolundan danışıb.

Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində müzakirələrdə iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, təşkilatın ali orqanı olan Baş Assambleyanın ildə bir dəfə keçirilən sessiyalarında qurumun fəaliyyəti ilə bağlı ən mühüm qərarlar qəbul edilir, İcraiyyə Komitəsinin tərkibi seçilir, beynəlxalq əməkdaşlığa dair müzakirələr aparılır. Mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşən İnterpol üzv ölkələrin sayına görə (190) BMT-dən sonra ən böyük təşkilatdır.