26 sentyabr 2017 18:13
421

Azərbaycanın növbəti ixrac missiyası Macarıstana gedir

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən oktyabrın 1-dən 4-dək Macarıstana növbəti ixrac missiyası təşkil olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, şərab və digər spirtli içkilər, bal, çay, fındıq, tekstil və mebel istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndələri daxildir.