25 sentyabr 2017 22:18
432

Sinay yarımadasının şimalında 6 terrorçu məhv edilib

Misir silahlı qüvvələri Sinay yarımadasının şimalında antiterror əməliyyatının gedişində 6 terrorçunu məhv ediblər.

AZƏRTAC Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Tamer Al-Rifaiyə istinadla xəbər verir ki, sentyabrın 16-dan 21-dək keçirilmiş antiterror əməliyyatının növbəti mərhələsində Misir hərbçiləri 6 terrorçunu məhv edib, daha 31 silahlını saxlayıblar.

Silahlıların sərəncamında olan silah anbarları, 65 sığınacaq, 56 motosiklet, üç minalanmış avtomobil, əldəqayırma bombalar və partlayıcı maddələr məhv edilib. Silahlı qüvvələrin rəsmi nümayəndəsinin verdiyi məlumata görə, kommunikasiya vasitələri və külli miqdarda narkotik maddələr də aşkar edilib.