İlham Əliyev Sinqapurun yeni Prezidentini təbrik edib

25 sentyabr 2017 21:59
519

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".