25 sentyabr 2017 18:34
477

İran İraq Kürdüstanı ilə hava sərhədlərini bağlayıb

Bu gün İranın Milli Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. İclasda İraqın Kürdüstan muxtar qurumunun müstəqilliklə bağlı keçirdiyi referendum müzakirə olunub.

Bu barədə məlumat verən Şuranın rəsmi nümayəndəsi Keyvan Hoşrevi bildirib ki, hələlik rəsmi Tehran İraqın Kürdüstan muxtariyyəti ilə hava sərhədlərini bağlamaq qərarına gəlib. Bundan başqa, muxtariyyətə İran üzərindən uçuşların həyata keçirilməsinə də icazə verilməyəcək.

K.Hoşrevi qeyd edib ki, İraqın Kürdüstan muxtariyyətinə rəhbərlik edən şəxslərin müstəqillik haqqındakı fikirləri bölgə xalqını yeni təhlükələrlə üzləşdirə bilər. İran İraqın bölünməsini deyil, onun vahid dövlət kimi qalmasını istəyir.