25 sentyabr 2017 15:32
475

İraq Kürdüstanında müstəqillik haqqında referendum keçirilir

Bu gün yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 9:00) İraq Kürdüstanında müstəqillik haqqında referendum başlayıb.

AZƏRTAC xəbər verir ki, Rudaw telekanalının yaydığı məlumata görə, referendumda iştirak etmək üçün 5,2 milyon nəfər qeydiyyatdan keçib. Onlar belə bir suala “hə”, yaxud “yox” cavabı verməlidirlər: “Siz istəyirsinizmi ki, Kürdüstan regionu və onun hüdudlarından kənardakı kürd əraziləri müstəqil olsun?”.

Saat 18:00-da yekunlaşacaq referendumun nəticələri bir sutka sonra açıqlanacaq.

Xatırladaq ki, İraq rəhbərliyinin və bir çox dövlətlərin, xüsusən Türkiyə və İranın kəskin etirazlarına baxmayaraq, yerli hakimiyyət orqanları referendumla bağlı qərardan geri addım atmayıblar.