25 sentyabr 2017 15:04
492

“Gazprom” Azərbaycanda nümayəndəlik aça bilər

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Azərbaycanda nümayəndəlik aça bilər.

AZƏRTAC “kommersant.ru”ya istinadla xəbər verir ki, şirkətin Direktorlar Şurasının oktyabrın 2-də keçirəcəyi iclasda Azərbaycanda nümayəndəlik açılması müzakirə ediləcək.

Qeyd edək ki, “Gazprom” 2000-2006-cı illəri əhatə edən dövrdə Azərbaycana təbii qaz nəql edib. “Şahdəniz” yatağının istismara verilməsindən sonra təbii qazın nəqli dayandırılıb.