25 sentyabr 2017 14:57
409

Almaniya millisi turnirdə ilk qələbəsini qazanıb

Voleybol üzrə Almaniya millisi turnirdə ilk qələbəsini qazanıb

Sentyabrın 24-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində günün son oyununda Almaniya və Macarıstan komandaları qarşılaşıblar.

Oyun Almaniya voleybolçularının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın birinci hissəsini almaniyalı voleybolçular 25:21 hesabı ilə öndə bitirib. Lakin ikinci seti Macarıstan təmsilçiləri öz xeyirlərinə başa vurublar - 25:19. Buna baxmayaraq, ardıcıl iki setdə rəqibini 25:21 və 25:18 hesabı ilə məğlub edən Almaniya kollektivi turnirdə ilk qələbəsini qazanıb. Almaniya qrup mərhələsində sonuncu oyununu sentyabrın 25-də Azərbaycan millisinə qarşı keçirəcək.