23 sentyabr 2017 20:30
438

Talibançılarla İŞİD üzvləri arasında toqquşma olub

Əfqanıstanda “Taliban” hərəkatının silahlıları ilə İŞİD üzvləri arasında toqquşma baş verib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində İŞİD-in 4, “Taliban”ın 11 üzvü həlak olub.

Qruplaşmaların heç biri hələ ki, hadisə ilə bağlı açıqlama verməyib.