23 sentyabr 2017 20:26
654

Əfqanıstanda 5 polis işçisi öldürülüb

Əfqanıstanda nəzarət-buraxılış məntəqəsinə hücum zamanı 5 polis işçisi öldürülüb

“Taliban” hərəkatının silahlıları Əfqanıstanın mərkəzində yerləşən Qəzni vilayətində nəzarət-buraxılış məntəqəsinə hücum edib. İnsident nəticəsində 5 polis əməkdaşının öldürüldüyü, 8-nin isə yaralandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, yerli Pajvak agentliyinin yaydığı məlumata görə, vilayət qubernatorunun nümayəndəsi Məhəmməd Arif Nuri hücumun Baqx-i-Attar rayonunda baş verdiyini bildirib. O, həmçinin deyib ki, hadisə yerinə gələn əlavə qüvvələr hücumu dəf ediblər.

Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrinin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administrativ mərkəzi uğrunda döyüşlər aparırlar. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.