23 sentyabr 2017 01:20
1000

2 metrlik armaturun üstünə düşən inşaat işçisi sağ qaldı

İldırım səbəbindən 2 metr uzunluğunda armaturun üzərinə düşən inşaat işçisi möcüzə nəticəsində sağ qalıb. 

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, dəmir parçası işçinin qasıq nahiyyəsindən girərək, çiynindən çıxıb. Həkimlər 7 saat davam edən əməliyyatdan sonra, armaturu uğurla kişinin bədənindən çıxara biliblər. Çoxlu qan itirməsinə və bəzi orqanlarının zədələnməsinə baxmayaraq, zərərçəkənin vəziyyəti stabildir.