23 sentyabr 2017 00:59
1144

Yeni "Lexus LS" modeli

"Lexus" şirkəti Tokio avtomobil sərgisində yeni modelini təqdim edəcək.

"Ölkə.Az" xəbər verir ki, "LS" modelinin təqdim ediləcəyi sərgi oktyabr ayına planlaşdırılıb.

Yaponiyanın "Best Car" nəşriyyatı yeni modelin fotolarını yayımlayıb. Məlum olub ki, kapotun altına 4 litr həcmli tvin-turbo mühərriki yerləşdirilib. V8 obrazlı mühərrik 600 at gücü hasil edir.

Yeni "LS" aerodinamik kuzova və azaldılmış klirensə sahib olacaq. Avtomobilin "Mercedes-Benz S 63 AMG" və "BMW M760Li" modellərinə rəqib olacağı gözlənilir. "Mercedes" öz yeni modelini 612 at güclü, "BMW" isə 609 at güclü mühərriklə təchiz edib.