22 sentyabr 2017 19:07
1211

TOTAL şirkəti SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edilib

Bu günlərdə Fransanın TOTAL şirkətinin mütəxəssisləri SOCAR-da 25 nəfərlik mütəxəssis heyəti üçün təlim-seminarlar keçirmiş, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparmışlar.

Beş gün davam edən seminarda təlim və inkişaf sahəsi üzrə təlim ehtiyaclarının təhlili, təlim büdcəsinin işlənməsi, təlimlərin effektivliyinin ölçülməsi, kouçinq və mentorluq proqramları, elektron təlimlər və digər məsələlər, işə qəbul sahəsi üzrə müsahibə bacarıqları, davraşın səriştəsinin düzgün qiymətləndirilməsi, işə qəbulun planlaşdırılması, əmək bazarının araşdırılması və digər məsələlər, karyera planlaması sahəsi üzrə səriştələrin qiymətləndirilməsi, performansın qiymətləndirilməsi zamanı yol verilən xətalar, istedadların idarə edilməsi, karyera inkişafı, mükafatlandırma, iş analizi, insan resursları sahəsi üzrə müxtəlif qiymətləndirmə üsullarının tətbiqi və s. mövzular müzakirə edilmiş, TOTAL şirkətinin təcrübəsi öyrənilmişdir. Təlim-seminarları TOTAL-ın Filiallara dəstək və inkişaf departamentinin rəhbəri Jose Mesa, Avropa və Mərkəzi Asiya regionu üzrə İnsan resursları biznes partnyoru Svetlana Buşmarinova və TOTAL-ın Azərbaycandakı nümayəndəliyinin İnsan Resurları üzrə meneceri Südabə Xəlilova aparmışlar. SOCAR-ın Kadr, rejim və informasiya texnoligiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov onlarla görüş keçirmişdir. Görüşdə Fransa və Azərbaycan arasındakı elm, təlim, tədris və İR sahəsindəki əməkdaşlıq müzakirə edilmiş, xüsusilə TOTAL və SOCAR-ın birgə həyata keçirdiyi Təqaüd proqramının uğurlu nəticələri qeyd edilmişdir. Bildirilmişdir ki, 2008-ci ildən bu günədək TOTAL və SOCAR əməkdaşlığı çərçivəsində 28 nəfər azərbaycanlı gənc Fransada təhsil alıb vətənə qayıtmışdır.