22 sentyabr 2017 14:11
477

Əmək yarmarkasında 28 nəfərə işə göndəriş verilib

Naftalanda keçirilən əmək yarmarkasında 28 nəfərə işə göndəriş verilib

Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Məşğulluq Mərkəzi tərəfindən işaxtaran sakinlərin müvafiq iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə əmək yarmarkası təşkil olunub.

Əmək yarmarkasında şəhərdə fəaliyyət göstərən 9 idarə və təşkilatdan 104 boş (vakant) iş yeri təqdim olunub.

Əmək yarmarkasında 140 nəfər işaxtaran şəhər sakini iştirak edib, onlardan 28 nəfərinə daimi işlə təmin olunmaları üçün göndəriş verilib.