22 sentyabr 2017 17:26
1708

Bakıda “Forsaj-şou” adlı sirk şousu təqdim olunacaq

Xəbər verdiyimiz kimi, sentyabrın 29-dan oktyabrın 8-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, sözügedən sirk şousunda dünyanın ən məşhur klounu Devid Lariblenin iştirakı da gözlənilir.

Qeyd edək ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir. Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan olan artistlər çıxış edəcək.

Proqramda Cənubi amerikalı motokaskadyorların çıxışlarına xüsusi yer ayrılıb.