22 sentyabr 2017 17:20
419

İstanbulda yağan güclü yağış şəhərdə ciddi problemlər yaradıb

Sentyabrın 22-də gecə saatları İstanbulda başlanan güclü yağış şəhərdə ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, İstanbulun bəzi rayonlarında məhəllələri su basıb. Sel suları səbəbindən bir neçə böyük prospektdə nəqliyyatın normal hərəkəti pozulub. Sinoptiklər güclü yağışların bu gün də davam edəcəyini elan ediblər. Bildirilir ki, gün ərzində küləyin sürəti saatda 75 kilometri ötəcək.