22 sentyabr 2017 16:20
611

“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib

“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib. Artıq məlumatın toplanılmasına qarşı intellektual mühafizə sisteminə malik “Safari 11” brauzeri “macOS Sierra” və “OS X El Capitan” sistemləri üçün əlçatandır.

Brauzerin yeni versiyasında istifadəyə verilən yeni funksiyalar “Videonun avtomatik göstərilməsinin avtomatik blok edilməsi”, “Üçüncü şəxslər tərəfindən məlumatın toplanılmasına qarşı müdafiə sistemi” və “Ayrı-ayrı saytların göstərilməsi ilə bağlı qabaqcıl sazlama”dır.

İndi miqyaslama səviyyəsini seçmək, oxuma rejimini işə salmaq və hər bir sayt üçün lazımi məhdudiyyətlər təyin etmək olar. Brauzerin işləmə sürəti artıb, HTML5 məzmun üçün yeni idarəetmə elementləri istifadəyə verilib.

Yeniləmə “Mac App Store”də bütün istifadəçilər üçün əlçatandır.

“MacOS High Sierra” əməliyyat sistemi sentyabrın 25-də buraxılacaq. “Safari 11” brauzeri yeni sistemdə əsas brauzer olacaq.