22 sentyabr 2017 16:25
858

Türkiyənin ən gözəl qızı seçildi

Itır Esen "Miss Türkiyə" gözəllik müsabiqəsinin qalibi olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən “Miss Türkiyə” gözəllik müsabiqəsi keçirilib. 20 qızın iştirak etdiyi müsabiqənin qalibi 18 yaşlı model Itır Esen olub. Birinci yerin qalibi öz ölkəsini Çində baş tutacaq “Miss World” müsabiqəsində təmsil edəcək.

Müsabiqənin ikincisi Aslı Sümen Amerikada, üçüncü yerin sahibi Pınar Tartan isə Polşada baş tutacaq müsabiqəyə gedəcək.

Itır Esen səsləndirmə artisti Hayri Esenin nəvəsidir. O, 1999-ci ildə anadan olub. Model İstanbul Universitetində İngilis Dili fakültəsinin 1-ci kursunda təhsil alır, eyni zamanda bir çox reklamlarda rol alıb.