22 sentyabr 2017 14:33
869

Çuğundurun bilmədiyiniz faydası

Bildiyimiz kimi, xeyirli qidalar sırasında olan çuğundur orqanizmdə vitamin C-nin miqdarını artırır və qan təzyiqini azaldır. Bəs siz, bənövşəyi rəngə malik olan çuğundur kökünün idman etdikdən sonra qidada istifadəsinin xeyirli olduğunu bilirsinizmi? Marketlərdən rahatlıqla əldə edə biləcəyiniz çuğundur kökünü məşqdən 90 dəqiqə sonra qidada qəbul etsəniz tez bir zamanda əzələlərinizin bərpa olunduğunun və yorğunluğun aradan qalxdığının şahidi olacaqsınız.

Aparılan yeni tədqiqatlar göstərir ki, qida qəbulundan 90 dəqiqə sonra çuğundur kökü qəbul etməyiniz eyni zamanda özünüzü daha yaxşı hiss etmənizə, həftə ərzində yorulmadan daha çox işlə məşğul olmağınıza səbəb olacaq. Tədqiqatçılar əvvəlcədən bişirilmiş çuğundur kökünün məşqdən sonra sadə qəlyanaltı olaraq qəbul olunmasının daha məqsədəuyğun olduğunu bildirirlər.

Dietoloq Emma Derbyshire “Complete Nutrition” jurnalına verdiyi müsahibədə çuğundur kökünün intensiv məşqdən sonra əzələləri bərpa etdiyini və orqanizmi formada saxladığını da bildirib. O, həmçinin çuğundur kökünün əzələlərə necə xeyir etdiyini də izah edib . Belə ki, çuğundurun tərkibində nitaratın olması əzələlərdəki yorğunluğu və qan dövranının zəifləməsinə səbəb olan oksigen çatışmazlığını aradan qaldırır.

Qeyd edək ki, aparılan sınaq zamanı həftənin 5 günü məşqdən sonra çuğundur kökündən istifadə edənlər yaxşı nəticə əldə ediblər.

Leyla Şıxəliyeva, “İki sahil”