22 sentyabr 2017 14:26
685

Nəyə görə təyyarədə yatmaq təhlükəlidir?

Uçuş zamanı təyyarədə bir çoxlarının “qulaqları tutulur” ona görə ki, qulağın  içəri tərəfdən təzyiqi aşağı düşür. Bu effektdən çox vaxt udqunaraq və ya əsnəyərək qurtulmaq olur.

Əgər təyyarədə insan yatırsa,  o zaman o bu hərəkətləri edə bilmir. Buna görə də qulaq kanalı özü-özünü blok edə bilər və bu da öz növbəsində eşitmə travmasına səbəb ola bilər.

Əgər qulaq tutulması uzunmüddətli deyilsə o zaman, bu sərnişinə təhlükə yaratmır. Yox, əgər qulaqda incə kanal uzun müddət bloklanmış şəkildə qalarsa bu zaman infeksiyanın inkişaf edə bilmək təhlükəsi yaranar. Nəticədə eşitmədə problem yaranar və güclü ağrılar baş qaldıra bilər.

Neqativ nəticələrdən uzaq durmaq üçün təyyarə  uçuşa qalxan zaman və eniş edən zaman yatmaq olmaz.