21 sentyabr 2017 21:18
550

Səngəçal terminalına səfər

SOCAR Midstream Operations MMC-nin əməkdaşları Səngəçal terminalına səfər etmişlər

Beynəlxalq neft və qaz boru kəmərləri layihələrində təmsilçilik, idarəetmə və operatorluq xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmış SOCAR Midstream Operations MMC (SMO) törəmə müəssisəsi Cənub Qaz Dəhlizi layihələrinin icrasını diqqət mərkəzində saxlayır.

MMC-nin İdarəetmə, SƏTƏM və Texniki sahələr üzrə mütəxəssisləri bu günlərdə Səngəçal terminalının “Şahdəniz-2” layihəsi çərçivəsində genişləndirilən sahəsində olmuşlar. Görüş zamanı BP şirkətinin “Şahdəniz-2” layihəsi üzrə nümayəndələri layihənin gedişatı haqqında təqdimat keçirmiş, SMO-nun mütəxəssislərinin suallarını cavablandırmışlar. Təqdimatdan sonra SMO-nun mütəxəssisləri layihə çərçivəsində Səngəçal terminalının genişləndirilməsi üzrə işin gedişatı ilə yerində tanış olmuşlar. Müəyyən edilmişdir ki, Səngəçal terminalının genişləndirilməsi üzrə tikinti və quraşdırma işləri yüksək templə davam etdirilir. Belə ki, 2017-ci ilin sentyabr ayı üçün tikinti və quraşdırılma işləri üzrə 99.8% göstərici əldə edilmişdir. Hazırda Rezervuar parkı istisna olmaqla bütün əsas və köməkçi texnoloji sahələrdə işlər tamamlanma mərhələsindədir. Layihə üzrə görülən tamamlanma işləri qrafikə uyğun davam etdirilir.