21 sentyabr 2017 19:52
555

Hitlerin telefon kitabçası satışa çıxarılır

Hitlerin qaçanda zibil yeşiyinə atdığı telefon kitabçası satışa çıxarılır

Nasist liderinin telefon kitabçası İngiltərədə satılacaq. Bloknotda fürrerin öz əli ilə yazdığı 200 qeyd var. Orda Himler, Göbbels, German Herinqin də adına rast gəlmək olar. Göbbelsin həbsdən yazdığı məktub da blaknotonun arasındadır.

Bloknotu britaniyalı zabit Con Hodj İkinci Dünya Müharibəsinin sonunda tapıb. O, Berlinə çatan ilk ingilis zabitlərindən olub. Zibil yeşindən tapdığı blaknotu ölkəsinə gətirən zabit onu qoruyaraq saxlayıb.

23 sentyabrda keçiriləcək hərracda ilkin qiymət 18 min dollar müəyyən edilib.