21 sentyabr 2017 16:17
284

Bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  18-22° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22°, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  15-20°, gündüz  30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.