21 sentyabr 2017 14:10
703

Bu il toxuculuq sənayesi 82,1 faiz artıb

Bu ilin yanvar-avqust aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 150 milyon 900 min manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 82,1 faiz, geyim istehsalında 43,5 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 34,8 faiz azalma müşahidə olunub.