21 sentyabr 2017 00:49
779

Bakıda "Huawei" şirkətinin yeni modelləri təqdim olunub

Sentyabrın 20-də Bakıda "Huawei" şirkətinin istehsalı olan yeni məhsullarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində “Huawei-Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun şirkətin fəaliyyəti haqqında məlumat verib.

Cao Zejun bildirib ki, “Huawei” şirkəti korporativ sosial məsuliyyətə daha çox fikir verir, o cümlədən tərəfdaş ölkələrdə IT sahəsində gənc istedadları üzə çıxarmaqda maraqlıdır. O vurğulayıb ki, Azərbaycan hökuməti informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət ayırır və bu prosesdə “Huawei” də iştirak edir. "Huawei" Azərbaycanda reallaşdırılan bir çox layihədə tərəfdaş qismində iştirak edir.

Daha sonra “Huawei-Azərbaycan” şirkətinin satış meneceri Elşən Abdulrəhimov şirkətin yeni məhsulları - Huawei P10 və P10 Plus haqqında təqdimatla çıxış edib.

Sonda tədbirin iştirakçıları arasında keçirilmiş lotereya qaliblərinə “Huawei” şirkəti tərəfindən hədiyyələr təqdim olunub.