21 sentyabr 2017 00:19
684

Alimlərin yeni araşdırması

İnsanın üz quruluşu xəyanətkarlıq dərəcəsini müəyyənləşdirir

Kanadanın Nipissinq universitetinin alimləri yeni tədqiqat aparıblar.

"Ölkə.Az" xəbər verir ki, bu dəfə alimlər xəyanət mövzusuna insanların üz quruluşunun təsirini müəyyən ediblər. Məlum olub ki, qısa və enli üzə malik insanlar sadiq olurlar.

Psixoloqlar seksual aktiv xarici görünüşü və təsadüfi insanlarla əlaqəyə meyillilik dərəcəsini ölçmək üçün iki araşdırma aparıblar. İlk tədqiqatda romantik münasibətləri olan 145 tələbə iştirak edib. Onlar təqdim edilən anketdə digər insanlarla ünsiyyətdə davranışlarını və seksual davranışlarının xüsusiyyətlərini qeyd ediblər.

Fotolara əsasən isə alimlər tədqiqatda iştirak edən insanların üzün en və uzunluğunun uyğunluq göstəricilərini araşdırıblar. 

İkinci tədqiqatda isə alimlər könüllülərin xəyanət dərəcəsini qiymətləndiriblər. Bu araşdırmada 314 nəfər iştirak edib.

Məlum olub ki, üzün en və uzunluğunun nisbəti kişilərdə və qadınlarda seksual aktivliyin göstəricisi ola bilər. Kvadratşəkilli və geniş üzə malik insanlar partnyorlarına sadiq olmaya bilərlər. Üz proporsiyası və seksual davranışlar arasında əlaqə cinsi yetişkənlik zamanı testosteron hormonun səviyyəsi ilə əlaqəlidir.