20 sentyabr 2017 20:33
596

Yeni “iOS 11” əməliyyat sistemi təqdim olunub

"Apple" şirkəti yeni "iOS 11" əməliyyat sistemini təqdim edib.

Bu barədə şirkətin saytında deyilir. Bildirilir ki, yenilənmədən bütün dünya istifadəçiləri yararlana bilərlər. Sistemdə yeni "Dock" idarəetmə paneli və "Musiqi" əlavəsinə bənzəyən yenidən işlənilmiş "App Store" mağazası quraşdırılıb. Bundan başqa, "iOS" sistemində "iMessage" və "Apple Pay" vasitəsilə tanışlara pul göndərmək imkanından yararlanmaq mümkündür.

Məlumata görə, şirkət, həmçinin qurğu tutumundan istifadəni optimallaşdırıb: messencer məlumatları "iCloud" servisində saxlanılır, fotoşəkil və videoçarxlar isə keyfiyyətini itirmədən tutumu azaldılıb.

"iOS 11"də sistemin istifadəçinin sükan arxasında oturmasını tanıyan zaman avtomatik aktivləşən xüsusi "Sükan arxasında narahat etməyin" (Do Not Disturb While Driving - DNDWD) rejimi istifadəyə verilib.