20 sentyabr 2017 18:08
377

Xətai rayonunda növbəti iməcilik təşkil olunub

Xətai rayonunda vaxtaşırı iməciliklər keçirilməsi ənənə halını alıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, abadlıq-quruculuq məqsədi ilə keçirilən növbəti iməcilik rayondakı Babək və Gəncə prospektlərini, Telnov, Cavanşir, Xudu Məmmədov küçələrini əhatə edib.

İməcilik zamanı ərazilər məişət tullantılarından təmizlənib, qeyri-qanuni zəbt olunaraq hasarlanmış ərazilərdə çəpərlər sökülüb, binaların fasadları rənglənib, parklarda yaşıllıqlara qulluq edilib, həmçinin dağılmış səkilər və zədələnmiş işıq dirəkləri bərpa edilib, ağaclar budanıb.