20 sentyabr 2017 17:15
560

"Abşeron" yatağında ilk quyu 2019-cu ildə istismara veriləcək

"Abşeron" yatağında ilk quyu 2019-cu ildə sutkalıq 4 milyon kubmetr təbii qaz hasilatı ilə istismara veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neftçilər günü münasibətilə keçirilən mərasimdə deyib. O qeyd edib ki, həmin il "Abşeron"dan ilk faza çərçivəsində 1,5 milyard kubmetr, 2020-2023-cü illərdə isə ikinci faza üzrə 5 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur.