20 sentyabr 2017 16:30
287

Hava şəraitində dəyişiklik gözlənilmir

Sentyabrın 21-də Bakı və Abşeron yarımadasında havayağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  760  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz  40-45 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.