20 sentyabr 2017 14:07
598

Donald Trampın və xanımının adından qəbul təşkil olunub

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.