20 sentyabr 2017 14:20
558

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü ötüb

Milenio telekanalının yaydığı məlumata görə, Meksikada zəlzələ nəticəsində ən azı 204 nəfər ölüb.

AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente zəlzələ nəticəsində ölənlərin sayının 149 nəfər olduğunu təsdiqləyib. Onun “Twitter” səhifəsində yazdığı məlumata görə, 149 nəfərin ölməsi barədə məlumat var, o cümlədən 55 nəfər Morelos ştatında, 49 nəfər Mexikoda, 32 nəfər Puebla ştatında, 10 nəfər Mexiko ştatında və 3 nəfər Herreroda ölüb.