20 sentyabr 2017 00:18
567

Silahlı Qüvvələrin təlimlərində ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra iştirakçılar maket üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.