19 sentyabr 2017 21:00
587

Üzən məktəblər: bu binaların analoqu yoxdur

Nigeriyanın paytaxtı Laqos hazırda yepyeni bir memarlıq abidəsinə ev sahibliyi edir.

Publika.az xəbər verir ki, yerli Makoko xalqı ətraf bölgələrdə yaşayan uşaqların bir araya gəlib təhsil ala bilməsi üçün üzən məktəblər inşa edib.

Bu üçmərtəbəli üzən məktəblər piramida formasında dizayn edilib. Əsas material kimi yerli qaynaqlardan əldə edilən taxtalardan istifadə edilib. Gəmilərin ehtiyacı olan enerji isə günəş panelləri vasitəsilə təmin edilir.

Üzən məktəblər 100 nəfər şagird daşımaq potensialına sahibdir. Bu məktəblər yoxsul xalqlar üçün alternaiv bir dizayndır. Çünki istehsalı olduqca ucuz başa gəlir və enerji qaynağı pulsuzdur. Əlavə olaraq, suyun səviyyəsini dəyişdirən iqlim dəyişikliklərinin də təsirinə məruz qalmır.