19 sentyabr 2017 19:15
462

NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi xarici dillərin tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

İşçi görüşlər sentyabrın 22-dək davam edəcək.