18 sentyabr 2017 18:46
426

Gülben Ergen məşhur iş adamı ilə sevgili oldu

Gülben Ergenin izmirli iş adamı Tolga D. ilə görüşdüyü iddia edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, biznesmen müğənninin keçmiş həyat yoldaşı Erhan Çelikə bənzərliyi ilə diqqət çəkib. Mənbələrin sözlərinə görə, Gülben Ergenin sevgili olduğu Tolga D həyat yoldaşı ilə boşanma mərhələsindədir.

Haqqında yayılan iddialara cavab verməyən müğənni bir neçə saat əvvəl sosial şəbəkədə bütün orqanlarını bağışladığını elan edib: “Bunu mən öldükdən sonra başqalarının sevinci olmaq üçün etdim. Orqan bağışlanması həyat xilas etməkdir...”