16 sentyabr 2017 00:12
465

Mehmet Ali Erbil "Türk malı" serialından qovuldu

Şoumen Mehmet Ali Erbil "Türk malı" serialından qovulub.

Şoumen serialın çəkiliş meydançasında asistent qızı narahat etdiyi üçün qovulub.

Aktyor çəkiliş meydançasında qıza "girişdiyi" üçün serial ilə yolları ayrılıb. Onun yerinə aktyor Hamdi Alkan seriala dəvət edilib. "Türk malı"nın yayımlanan axırıncı anonsunda da Mehmet Ali Erbilin yerinə Hamdi Alkan lentə alınıb.

Rejissor asistenti qıza müxtəlif mesajlar göndərən amma cavab almayan şoumen qızın qovulmasını istəyib. Amma "Süreç Film" məsələ ilə bağlı başqa açıqlama verib: "Biz belə vəziyyətdə qızı deyil, səni qovmaq qərarına gəldik"-deyib.