14 sentyabr 2017 23:27
231

Bu il Daşkəsən rayonundan 59 gənc ali məktəbə daxil olub

2016-2017-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 287 şagirddən 266-sı 9-cu sinfi, 230 şagirddən 224-ü isə 11-ci sinfi bitirmələri haqqında attestat alıblar. Həmin şagirdlərdən 1 nəfəri 9-cu sinif üzrə, 8 nəfəri isə 11-ci sinif üzrə fərqlənmə attestatına layiq görülüb.

Daşkəsən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu il rayonun orta məktəb məzunlarından 104 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə verib. Onlardan 59-u ali, 20-si orta ixtisas məktəblərinə qəbul olunub. Ötən il isə bu göstərici ali məktəblər üzrə 50, orta ixtisas məktəbləri üçün 12 nəfər olub. Bu il ali məktəblərə qəbul olunan məzunlardan 3-ü 500-dən, 2-si isə 600-dən yuxarı bal toplayıb.