14 sentyabr 2017 21:33
236

Polşada 35 yaşlı şəxs qatar qaçırıb

Polşanın Legionovo şəhərində polis yük qatarını qaçıran şəxsi saxlayıb.

Trend-in məlumatına görə, səhər saatlarında 35 yaşlı şəxs yük qatarının maşinist kabinəsinə daxil olaraq maşinistə hədə-qorxu gəlib və yola düşməyi tapşırıb.

Qısa müddətdən sonra polis həmin şəxsi saxlayıb.

Polis hadisə zamanı qatarda maşinistdən başqa heç kimin olmadığını və onun xəsarət almadığnı bildirib.