13 sentyabr 2017 22:00
983

Zaqatalada Tala çayı üzərindəki körpü genişləndirilir

Zaqatala şəhərinin ərazisindən axan Tala çayının üzərində ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğunda körpünün hərəkət hissəsinin genişləndirilməsi məqsədilə “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.

Tikinti işləri Azərbaycan Prezidentinin 2017-ci il avqustun 11-də imzaladığı “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində yerinə yetirilir.

Layihəyə uyğun olaraq, körpünün eni hər iki yan tərəfə 1,5 metr genişləndirilərək, hazırki 9,5 metrdən 12,5 metrə çatdırılacaq.