13 sentyabr 2017 14:20
413

UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda olublar

Ölkəmizdə 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq işləri ilə tanış olmaq üçün UEFA nümayəndələri Bakıda səfərdədir.

Yerli Təşkilat Komitəsinin üzvləri ilə görüş keçirən qonaqlar Bakı Olimpiya Stadionunun infrastrukturu, mühafizəsi, bilet satışı, media və TV əraziləri, meydança və texniki zonaları ilə tanış olub, müzakirələr aparıblar.