Menu
  • 21-09-2017
      • Bakı 30+35

  • 21-09-2017
    • $ 1.7007
      2.0209

1   2   3   4   5   6

SOSİAL / ELM-TƏHSİL

ELM-TƏHSİL

Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

11-08-2017 [ 15:51 ] [ oxunub:96 ]
A+ | A-

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin təhsil və təlim naziri Phung Xuan Nha ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsindəki əlaqələrin tarixən yaxın olduğunu vurğulanıb, hələ keçmiş SSRİ zamanı bu münasibətlərin inkişaf etdiyi bildirilib.

Tərəflər çoxlu sayda vyetnamlı tələbənin Azərbaycanın ali təhsil ocaqlarında oxuduqlarını söyləyərək, həmin məzunların hazırda Vyetnamın bir çox dövlət və özəl qurumlarında rəhbər vəzifələrdə çalışdıqlarını qeyd ediblər.

Təhsil sahəsində əlaqələrin bərpa edilməsinə ehtiyac duyulduğu vurğulanan görüşdə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Söhbət zamanı Phung Xuan Nha təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılması zəruri olan addımların müzakirə edilməsi məqsədilə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovu Vyetnama səfərə dəvət edib.