31 avqust 2017 17:47
659

Magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır

Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır.

Bu barədə Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib. Bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd isə yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir.

Layihə üzrə müəyyən məsafələrdən bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb.

İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və digər obyektlər yerləşəcək.